RU

Avtomobil yollarında 51 tərəzinin quraşdırılması planlaşdırılıb -AYNA

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ümumi istifadədə olan avtomobil yollarında yeni texnologiyaya əsaslanan elektron tərəzilərin quraşdırılması layihəsi üzrə işlərin icrasını birgə davam etdirir.

"İki sahil" bu barədə AYNA-ya istinadən xəbər verir.

Bildirilib ki, avtomobil yollarında yeni texnologiyaya əsaslanan elektron tərəzilərin quraşdırılması prosesi mərhələli şəkildə aparılır. Ümumilikdə 31 yerdə 51 tərəzinin quraşdırılması planlaşdırılıb.

Artıq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda 3 yerdə və Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunda 1 yerdə olmaqla, 6 elektron tərəzinin quraşdırılması işləri tamamlanıb. 5 ərazi üzrə hazırda işlər davam etdirilir. Daha 2 ərazi Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan ilə dövlət sərhədi avtomobil yolunda və “Zəfər Yolu”nda isə işlərə yaxın günlərdə başlanılacaq.

Избранный
19
ikisahil.az

1Источники