RU

Hər ay sağlamlığımız üçün pul ayırmalı olduğumuz nüanslar

Sağlamlıq bizim üçün çox önəmli məsələdir. Ona görə, xərcləmələrimiz zamanı sağlamlığımızı da mütləq nəzərə almalı və bunun üçün maliyyə ayırmaqdan çəkinməməliyik. Bəs bu istiqamətlər hansılardır?

Sağlam qida

Sağlam qidalanma bəzən bir az daha çox xərc tələb edə bilər, amma sağlamlığımız üçün bunu etməyə dəyər. İlk yerdə meyvə-tərəvəzi qoya bilərik. Təzə meyvə-tərəvəz bədəni vitamin və mineral ilə təmin edir. Taxıl məhsulları isə enerji və lif qaynağıdır. Protein mənbəyi ola balıq, toyuq, lobya və s. məhsullar da vacibdir.

Fiziki aktivlik

Ola bilər ki, kimsə disiplinlidir və evdə özü gündəlik idman edir. Amma bir çoxumuz üçün idman zalına getmək disiplin yaratmağımız üçün önəmlidir. Ona görə, fitness zalı, yoqa dərsləri və ya digər idman fəaliyyətləri üçün aylıq xərc ayırmaq.

Müayinə və dərman xərcləri

Bəzən xərc cəhətdən yanaşıb, sağlamlıqla bağlı məsələlər arxa plana atılır. Ancaq nəzərə almaq lazımdır ki, bu gün daha az xərclə həll ediləcək sağlamlıq problemi sonrakı dövrlərdə sizə maliyyə cəhətdən çox baha başa gələcək. Ən əsası isə sağlamlıqla bağlı problemlər anında müdaxilə tələb edir. Ona görə aylıq xərclərdən sağlamlığa ayırmaqdan çəkinməyin. 

Psixoloji sağlamlıq

Bəzən iş və şəxsi həyatdan dolayı psixoloji olaraq gərginləşə bilirik. Bəzən elə dönəmə gəlirik ki, psixoloqa getməliyik, amma ona pul ayırmaq istəmirik. Ancaq nəzərə almalıyıq ki, nəticədə özümüz üçün edirik və psixoloji sağlamlığımız çox önəmlidir.

Gigiyenik və baxım məhsulları

Sabun, şampun, diş pastası, kremlər, yağlar və digər dəstək məhsullarına da pul xərcləməkdən çəkinməməliyik.

Избранный
18
2
valyuta.az

3Источники