“Biz Trampı həbsə atmalıyıq”
“AzPolitika” xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Trampla bağlı danışarkən deyib.
Bayden Trampın “demokratiya üçün təhlükə” olduğunu bildirib.
Açıqlamalarından sonra alqışlarla qarşılanan Bayden, ifadələrini düzəltməyə çalışaraq, “Onları siyasi arenadan kənarda saxlamalıyıq. Etməli olduğumuz budur”, - deyib.
Trampın ABŞ Konstitusiyasının təminatlarına məhəl qoymamaq istədiyini bildirən Bayden, “Tramp Demokratların namizədi Kamala Harrisi məğlub edərsə, demokratiyamız təhlükə altında olacaq”,- mesajını verib.
“AzPolitika.info”