Hüquqşünas, bank sektoru üzrə mütəxəssis Əkrəm Həsənov Demokrat.az-a açıqlamasında bu məsələnin gümdəmdə olduğunu dedi:
“Mən də bu barədə dəfələrlə təkliflər irəli sürmüşəm. Söhbət bank olmayan kredit təşkilatlarından (BOKT) gedir. Bu gün onların yeganə fəaliyyəti demək olar ki, yalnız kredit verməkdir. Halbuki dünya ölkələrində BOKT-ların digər funksiyaları da var. BOKT-ları banklardan fərqləndirən əsas cəhət odur ki, banklar əmanət qəbul edə bilir, BOKT-lar isə yox. Bundan başqa digər fəaliyyətləri isə BOKT-lar da banklar kimi həyata keçirə bilər. Valyuta dəyişmələri, pul köçürmələri, kassa əməliyyatları, məsləhət xidmətləri bura daxildir. Bizdə isə buna imkan verilmir, BOKT-lara ancaq kredit verməyə icazə var. Digər fəaliyyətlər olmasa, rəqabət qabiliyyəti də olmaz BOKT-lar arasında. Müsbət haldır ki, Mərkəzi Bank indi bunu reallaşdırmağa başlayıb”.
Törə Zeynallı
Demokrat.az