"Yuventus" qapıçısı Mattiya Perinlə müqaviləni artırıb.
QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 31 yaşlı qolkiperin yeni sözləşməsi 2027-ci ilin iyununa qədərdir.
Qeyd edək ki, M.Perin 2018-ci ildən Turin təmsilçisində çıxış edir. Bu mövsüm "Yuventus"un heyətində 4 matçda meydana çıxan qapıçı "Cenoa" və "Peskara"da da oynayıb.