RU

Yaşıl çayın faydaları

Yşıl çay istehsal edilərkən təzə yarpaqları qısa müddətdə yüksək temperatura məruz qalır və yarpaqlardakı xlorofillər (rəng piqmentləri) qorunur, fermentasiya olmadığı üçün yaşıl rəngini saxlayan sağlam çaydır.

 

Bunu Modern.az-a açıqlamasında qida üzrə ekspert Fərid Səfərov deyib.

 

“Daha çox polifenol ehtiva edən yaşıl çayda qara çaydan təxminən 10 dəfə çox C vitamini var. Yaşıl çayın tərkibində B1 və B2 vitaminləri də var. Yaşıl çay qara çaydan daha çox teanin-stressi azaldan və rahatlaşdırıcı təsir göstərən amin turşusunu ehtiva edir. Tərkibi antioksidantla zəngindir. Tərkibindəki C vitamini immuniteti gücləndirir və xəstəliklərə qarşı qalxan rolunu oynayır. Yaşıl çayın tərkibində həmçinin niasin, riboflavin, fol turşusu, kalium, maqnezium və flüor var. Ağız qoxusunun qarşısını almaqda təsirlidir. Yaşıl çay xərçəngdən qoruyur".

 

F.Səfərov qeyd edib ki, həm qara çay, həm də yaşıl çay güclü antioksidantlar olan polifenolları ehtiva edir. Sağlamlıq probleminiz yoxdursa gündə 1-2 stəkan yaşıl çay və ya 3-4 stəkan qara çay içə bilərsiniz:

 

“Lakin isti içkilər yemək borusu xərçəngi riskini artırdığı üçün çayın çox isti olmamasına diqqət yetirin və kiçik qurtumlarla içməyə diqqət edin. Unutmaq olmaz ki, normadan artıq qəbul edilən hər bir qida və içki sağlamlıq üçün ziyanlı ola bilər”.

 

Sağlam qidalanaraq sağlam yaşayın!

Избранный
47
6
modern.az

6Источники