RU

Azərbaycan Gimnaziadada 24 cüdoçu ilə təmsil olunacaq

Azərbaycan

Bakı, 23 oktyabr, AZƏRTAC

Cüdo üzrə Azərbaycan yığmasının Bəhreynin paytaxtı Manama şəhərində keçiriləcək Gimnaziada İdman Oyunları üçün heyəti açıqlanıb.

Azərbaycan Cüdo Federasiyasından (ACF) AZƏRTAC-a verilən məlumata görə, yarışda ölkəmiz qızlar və oğlanlar arasında 13 çəki dərəcəsində 24 cüdoçu ilə təmsil olunacaq.

Qızlar arasında Gülşən Hüseynova (44 kiloqram), Sona Quliyeva, Gülgəz Musayeva, Sevil Abdullazadə (hamısı 57 kiloqram), Diana Eldarova (63 kiloqram), Zəhra Hüseynzadə (63 kiloqram), Mələk Bayramlı və Rəna Əhmədova (hər ikisi 70 kiloqram), oğlanların mübarizəsində isə Anar Quliyev (50 kiloqram), Məhəmməd Rüstəmli, Rüstəm Qasımzadə, Emil Hüseynli (hamısı kiloqram), İlkin Qarayev, Zeyd Ələsgərov (hər ikisi 60 kiloqram), Əli Hümbətov, Özqan Quliyev, Fəxri Sahibzadə (hamısı 66 kiloqram), Məhəmməd Ağakişiyev, Səid Şərifov (hər ikisi 73 kiloqram), Abdullah Rəhmətov, Amin Mehdiyev (hər ikisi 81 kiloqram), Səid Hüseynov (90 kiloqram), Cavidan Məsimov və Sübhan Axundov (hər ikisi +90 kiloqram) qüvvəsini sınayacaq.

Cüdoçulara yeniyetmələrdən ibarət komandanın baş məşqçisi Rüstəm Alimli, məşqçilər Nicat Şıxəlizadə və Emin İskəndərov, yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov rəhbərlik edəcək.

Oyunlarda ACF-nin “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimləri Arzu Acalova və Fariz Hüseynov ədalət təmsilçiləri arasında yer alacaq.

Qeyd edək ki, Gimnaziadada cüdo yarışları oktyabrın 25 -26-da keçiriləcək.

Избранный
40
3
azertag.az

8Источники