Kreml BRICS-də \"parçalanma” ilə bağlı şayiələri təkzib edib.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov BRICS-də heç kimin heç kimə qarşı əməkdaşlıq etmədiyini bildirib.
Türkiyənin BRICS-ə üzv olmasının mümkünlüyündən danışan Peskov qeyd edib ki, NATO-ya üzvlük BRICS-ə üzv olmaq üçün maneə deyil.
\"BRICS, Avropa İttifaqı və NATO-dan fərqli olaraq, iştirakçılarının başqa hansı beynəlxalq birliklərə mənsub ola biləcəyi ilə bağlı şərtlər qoymur\", - deyə Kremlin sözçüsü vurğulayıb.