RU

ABŞ və müttəfiqlər dondurulmuş Rusiyanın pullarından Ukraynaya 50 milyard dollar kredit verəcək

TURANın Vaşinqton müxbiri xəbər verir ki, Ağ Ev çərşənbə günü bildirib ki, G7 ölkələri ilə birlikdə Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 50 milyard dollar kredit verməyə hazırlaşır.

Təşəbbüs çərçivəsində Bayden administrasiyası Ukraynaya iqtisadi dəstək şəklində ən azı 10 milyard kredit verəcək. Daha 10 milyard dollar hərbi dəstək içün veriləcək. 

Bununla belə, bunun üçün Konqresin dəstəyi lazımdır, Ağ Evin milli təhlükəsizlik və beynəlxalq iqtisadiyyat üzrə müşaviri Dalip Sinq jurnalistlərə bildirib.

O qeyd edib ki, əlavə 30 milyard dollar Avropa İttifaqı, Britaniya, Kanada və Yaponiyadan gələcək.

Избранный
31
turan.az

1Источники