Bu gün UEFA Çempionlar Liqasında Liqa mərhələsinin III turuna yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, iki günü əhatə edən turun son oyun günündə 9 matç keçiriləcək.
“Bayer Leverkuzen” “Brest”in qonağı olub. Almaniya çempionu Fransada büdrəyib. "Atalanta" isə "Seltik" ilə qarşılaşmada qolsuz heç-heçəylə kifayətlənib.
Digər Almaniya təmsilçilərindən "Bayern Münhen" İspaniyada "Barselona"nın qonağı olub. Kataloniyalılar "Bayern"i darmadağın edib.
"Leypsiq" isə evdə "Liverpul"a uduzubsa, "Mançester Siti" Çexiya "Sparta"sını 5 dəfə meydanın mərkəzinə dəvət edib. Madrid “Atletiko” isə evdə gözlənilmədən “Lill”ə uduzub.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, III tur
23 oktyabr
"Atalanta" (İtaliya) – "Seltik" (Şotlandiya) 0:0
"Brest" (Fransa) – "Bayer" (Leverkuzen, Almaniya) 1:1
Qollar: Lees-Melu, 39 - Virts, 24.
"Atletiko" (İspaniya) – "Lill" (Fransa) 1:3
Qollar: Alvares, 8 - Yerqova, 61. Devid, 74, 89.
"Barselona" (İspaniya) – "Bayern" (Münhen, Almaniya) 4:1
Qollar: Rafinya, 1, 45, 56. Levandovski, 36 - Keyn, 18.
"Benfika" (Portuqaliya) – "Feyenoord" (Niderland) 1:3
Qollar: Aktürkoğlu, 66 - Ueda, 12. Milambo, 33, 90+2.
"Mançester Siti" (İngiltərə) – "Sparta" (Çexiya) 5:0
Qollar: Foden, 3. Holand, 58, 68. Stounz, 64. Nunyeş, 88-pen.
"Leypsiq" (Almaniya) – "Liverpul" (İngiltərə) 0:1
Qol: Nunyes, 27.
"Zalsburq (Avstriya)" – "Dinamo" (Zaqreb, Xorvatiya) 0:2
Qollar: Kulenoviç, 49. Petkoviç, 84.
"Yanq Boyz" (İsveçrə) – "İnter" (İtaliya) 0:1
Qol: Türam, 90+3.