RU

Çempionlar Liqasında Liqa mərhələsinin III turuna yekun vurulub

Bakı. Trend:

Çempionlar Liqasında Liqa mərhələsinin III turuna yekunvurulub.

Trend İdman.biz-ə istinadənxəbər verir ki, turun ikinci günündə 9 matç baş tutub.

Günün mərkəzi qarşılaşması Barselonada keçirilib. Eyniadlıkomanda “Bavariya”nı qəbul edib və böyükhesablı qələbə qazanıb.Rafinya het-trik edərək uğurda böyük pay sahibi olub.

İtkisiz irəliləyənlərin iştirakı ilə baş tutacaq qarşılaşma isəFransada təşkil olunub. Hərəyə iki qələbəsi olan “Brest”lə “Bayer”üz-üzə gəlib. Oyun 1:1 hesabı ilə yekunlaşıb.

Günün ən fərqli nəticəsi Mançesterdə qeydə alınıb. "MançesterSiti" "Sparta"nın qapısından 5 cavabsız top keçirib.

Qeyd edək ki, IV turun matçları noyabrın 5-6-da baş tutacaq.

Günün nəticələri:

20:45. “Atalanta” – “Seltik” - 0:0
20:45. “Brest” – “Bayer” - 1:1
23:00. “Atletiko” – “Lill” - 1:3
23:00. “Barselona” – “Bavariya” - 4:1
23:00. “Benfika” – “Feyenord” - 1:3
23:00. “Mançester Siti” – “Sparta” - 5:0
23:00. “Leypsiq” – “Liverpul” - 0:1
23:00. “Zalsburq” – “Dinamo” Z - 0:2
23:00. “Yanq Boyz” – “İnter” - 0:1

Избранный
36
az.trend.az

1Источники