Bakı. Trend:
Türkiyə Silahlı Qüvvələri, TUSAŞ-da baş vermiş terror hücumundansonra İraq və Suriyada PKK-nın hədəflərinə zərbələr endirir.
Trend-in Türkiyəmüxbirinin verdiyi məlumata görə, təhlükəsizlik mənbələri yerlimətbuata bu barədə məlumat verib.
Türkiyə Milli Müdafiə Nazirliyinin əməliyyatla bağlıaçıqlamasında deyilir:
“İraq və Suriyanın şimalında terrorçu hədəflərə qarşı havaəməliyyatları həyata keçirilib. 32 hədəf müvəffəqiyyətlə məhvedilib. Hava əməliyyatlarımız qətiyyətlə davam edir.”
Açıqlamada, Türkiyənin bu əməliyyatı Birləşmiş MillətlərTəşkilatının Nizamnaməsinin 51-ci maddəsindən irəli gələnözünümüdafiə hüququndan istifadə edərək, PKK/KCK və digər terrorünsürlərini zərərsizləşdirmək məqsədilə başladığı bildirilir. Buəməliyyatlar ölkəyə qarşı terror hücumlarını aradan qaldırmaq vəsərhəd təhlükəsizliyini təmin etmək məqsədini güdür.