RU

Türkiyə İraq və Suriyadakı kürd hədəflərinə hava zərbələri endirib

Türkiyə ordusu İraqın şimalında və Suriyanın şimalında yerləşən Kürdüstan Fəhlə Partiyasının (PKK) hədəflərinə hücum edib. Əməliyyat oktyabrın 23-də Türkiyənin Ankara vilayətində TUSAŞ aerokosmik şirkətinin ofisinə hücumdan sonra həyata keçirilib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyin xəbər verir.

Türkiyə Müdafiə Nazirliyi açıqlamasında “Şimali İraq və Suriyadakı terror hədəflərinə qarşı” belə hava əməliyyatlarının “PKK/KCK və digər terrorçu ünsürləri zərərsizləşdirərək xalqımıza və təhlükəsizlik qüvvələrimizə qarşı terror hücumlarını aradan qaldırmaq məqsədilə həyata keçirildiyini qeyd edib. "

Türkiyə Müdafiə Nazirliyi həmçinin əlavə edib ki, əməliyyat ölkə sərhədlərinin təhlükəsizliyini təmin etmək məqsədilə həyata keçirilib.

Oxuməni.az

Избранный
59
22
oxumeni.az

10Источники