RU

Politoloq: Öcalan üzərindən bu siyasətin aparılması çox bəsit və primitiv bir yanaşmadır...

Dövlət Baxçalı bildirib ki, əgər Abdullah Öcalan PKK-nı buraxdığını elan edərsə, o zaman həbsdən azad oluna bilər...

Turan Rzayev: “Bu təklif Dövlət Baxçalı tərəfindən gəlmiş olsa da, böyük ehtimalla təklif prezident Ərdoğanın təklifidir”.

“Öcalanın məhz indiki məqamda parlamentdə çıxış etməsi və PKK-nın bitdiyini elan etməsi problemi həll etməyəcək. Çünki əgər Öcalanın terror təşkilatına təsiri o qədər güclü olsaydı, onun həbsindən sonra PKK bitərdi”.

Bu sözləri politoloq Turan Rzayev Türkiyədə Millətçi Hərəkat Pariyasının sədrinin PKK ilə bağlı fikirlərini Poliqon-a şərh edərkən qeyd edib.

Türkiyədə Millətçi Hərəkat Pariyasının sədri Dövlət Baxçalı bildirib ki, əgər Abdullah Öcalan PKK-nı buraxdığını elan edərsə, o zaman həbsdən azad oluna bilər. Bundan əvvəl hakim partiya AKP-də də oxşar fikir səsləndirilib.

Bəs, Abdullah Öcalan PKK-nı buraxıldığını elan etməsi Türkiyədə terrora və silahlə mübarizəyə son verə bilərmi? Ümumiyytələ, 25 ildir ki, İmralıda həbs həyatı yaşayan Abdullah Öcalanın PKK-ya təsiri terroru bitirmək üçün yetərli ola bilərmi?

Türkiyənin PKK ilə mübarizəsini Poliqon-nun əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “Öcalan olmasın başqası olsun, PKK bu yolu tutub və davam edəcək. Çünki onlar bir sıra kəşfiyyat və geosiyasi mərkəzlərdən idarə olunurlar”.

PKK-nın faktiki olaraq Türkiyə ictimaiyyətinə, mediayaya, şou-biznesə, elm adamları içərisinə, gənclər arasına sirayət etdiyini vurğulayan politoloq düşünür ki, PKK ilə mübarizə aparmağın yolu bu deyil:

“Bu təklif Dövlət Baxçalı tərəfindən gəlmiş olsa da, böyük ehtimalla təklif prezident Ərdoğanın təklifidir. Bildiyimiz kimi, MHP və AKP arasında bir ittifaq var və bu ittifaq artıq 10 ildən artıqdır ki. davam edir. AKP-nin ümumi islam yanaşması MHP-nin millətçi ideologiyası ilə vəhdət təşkil edir. Yəni oxşar ideologiyalardır deyə, strategiyalarını bir yerdə yürüdürlər. Dövlət Baxçalının partiyasının parlamentdə yerini sabit saxlaması AKP ilə əməkdaşlığına bağlıdır.

Digər tərəfdən, Öcalanın məhz indiki məqamda parlamentdə çıxış etməsi və PKK-nın bitdiyini elan etməsi problemi həll etməyəcək. Çünki əgər Öcalanın terror təşkilatına təsiri o qədər güclü olsaydı, onun həbsindən sonra PKK bitərdi. Uzun illərdir ki, PKK Öcalandan bir totem kimi istifadə edir və faktiki olaraq ondan təbliğat aləti kimi istifadə edirlər. Əgər Öcalan belə bir bəyanat versə, onda PKK liderləri sadəcə olaarq Öcalandan imtina edəcəklər.

Bu, bir daha onu göstərir ki, Öcalan PKK-nın üzdə görünən simasıdır. Ola bilər ki, Öcalan sadə vətəndaşlar üçün bir fiqurdur. Amma təşkilat və təşkilatı dəstəkləyən qüvvələr üçün bu belə deyil. Öcalan olmasın başqası olsun, PKK bu yolu tutub və davam edəcək. Çünki onlar bir çox kəşfiyyat və geosiyasi mərkəzlərdən idarə olunurlar. PKK-nın varlığı Türkiyəni bölünməsinə hesablanan geosiyasi faktordur. Buna görə də, bu məsələnin PKK təsiri olacağını düşünmürəm. Hətta PKK liderləri Öcalanı dinləsələr belə, düşünürəm ki, xarici mərkəzlər onları sıradan çıxarıb başqa aktorları səhnəyə çıxaracaqlar.

Ümumiyyətlə, Türkiyənin PKK ilə mübarizəsi klassik metodlarla uğur qazanıb. Yəni ölkə daxilində və xaricində hərbi əməliyyatlar effekt verir. Amma PKK-nın siyasi qanadı hələ də güclüdür. Xüsusən də, PKK-nı Türkiyədə yalnış qiymətləndirirlər. PKK faktiki olaraq Türkiyə ictimaiyyətinə, mediayaya, şou-biznesə, elm adaları içərisiə, gənclər arasına sirayət edib. PKK ilə mübarizə aparmağın yolu bu deyil. PKK ilə mübarizə aparmaq üçün yeni dövrün şərtlərindən, tendensiyalarını istifadə etmək lazımdır. Bu da ictimai çəkisi olan şəxslərin yazıları, hətta tanınmış kürdlərin ələ alınması, onlar üzərindən maarifləndirici yazıların verilməsi ilə PKK ilə mübarizə aparmaq olar.

Turan Rzayev: “PKK-nın daxilindəki siyasi idarəetmə böyük ehtimalla yeni bir Öcalan ortaya çıxaracaq. Bu da prosesin yenidən başlaması deməkdir”.

PKK çox ciddi şəkildə manipulyasiya edə bilir. Buna görə də, Öcalanın bu bəyanatı çox gülünc çıxacaq və bunun heç bir effekti olmayacaq. Ola bilər ki, Öcalan kimlərinsə dəstəyini qazansın və onu PKK-dan geriçəksin. Amma PKK-nın daxilindəki siyasi idarəetmə böyük ehtimalla yeni bir Öcalan ortaya çıxaracaq. Bu da prosesin yenidən başlaması deməkdir. Türkiyənin Öcalan üzərindən bu prosesi aparmasının effektli olacağını düşünmürəm.

Qeyd edim ki, Türkiyədə kürdlərə baxış belədir: Siyasilər daha çox onların səsini toplamaq üçün ciddi addımlar atırlar. Məsələn, CHP rəhbəri Özgür Özel kürdlərlə bağlı açıqlamalar verir. Yəni təəssüf ki, türk siyasətçiləri pafos naminə dövlətin ali maraqlarını ikinci plana atıblar. Bunu birmənalı demirəm. Amma görünən ortadadır.

Mən MHP və AKP-nin nə etməm istədiyini başa düşürəm. Aydın məsələdir ki, onlar kürd problemini bitirməyə çalışırlar. Amma Öcalan üzərindən bu siyasətin aparılması çox bəsit və primitiv bir yanaşmadır”.

Nərminə UMUDLU
Poliqon.info

Избранный
27
poliqon.info

1Источники