RU

Haaland dubl etsə də, əfsanədən geri qaldı

UEFA Çempionlar Liqasının Əsas mərhələsinin 3-cü turunun matçında "Mançester Siti" doğma meydanda "Sparta Praqa"nı 5:0 hesabı ilə məğlub edib.

Publika.az xəbər verir ki, "şəhərlilər"in hücumçusu Erlinq Haaland bu görüşdə dubla imza atıb. O, bunun sayəsində turnirdə komandası üçün vurduğu qolların sayını 21-ə çatdırıb. Buna nail olmaq üçün ona 23 matç lazım olub.

"Squawka"nın məlumatına görə, Çempionlar Liqası tarixində yalnız bir oyunçu ÇL-də bir klubda oynamaqla 20 qola erkən çatıb. Əfsanəvi hücumçu Ruud van Nistelroy "Mançester Yunayted"in heyətində 21 oyunda bu göstəriciyə imza atıb.

Избранный
10
publika.az

1Источники