RU

MİT terror təşkilatının strateji məntəqələrini hədəf aldı

 

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) bölücü terror təşkilatı PKK/YPG-nin Suriya və İraqın şimalında yerləşən məntəqələrini məhv etdi.

Alınan məlumata görə, MİT Türk Havaçılıq və Kosmos Sənayesi Anonim Şirkətinin (TUSAŞ) Kahramankazan bölgəsindəki mərkəzinə qarşı edilən terror hücumundan sonra Suriyanın və İraqın şimalında bölücü terror təşkilatına qarşı əməliyyatlar həyata keçirdi. Burada qruplaşmaya məxsus enerji-infrastruktur binası, logistika və sursat anbarı kimi çoxsaylı strateji nöqtələr hədəfə alındı.

MİT-in bu cür fəaliyyətlərinin terror təşkilatı PKK/YPG-yə qarşı hədəfə çatana qədər fasiləsiz davam edəcəyi vurğulandı.

Eyni zamanda Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) İraqın və Suriyanın şimalına təşkil edilən hava əməliyyatında 32 terror məntəqəsinin məhv edildiyini, çox sayda terrorçunun zərərsizləşdirildiyini elan etdi. Nazirlikdən edilən açıqlamada PKK/KCK və digər terrorçu ünsürləri zərərsizləşdirərək xalqa və təhlükəsizlik qüvvələrinə qarşı terror aktlarının qarşısını almaq və sərhəd təhlükəsizliyini təmin etmək məqsədilə Birləşmiş Millətlər Təşkilatının 51-ci maddəsindən əldə edilən qanuni müdafiə hüququ çərçivəsində İraqın və Suriyanın şimalında yerləşən terrorçu hədəflərə 23 oktyabrda hava əməliyyatı həyata keçirildiyi bildirildi. İcra edilən hərəkatlarda maksimum dərəcədə yerli və milli sursatdan istifadə edilərək çox sayda terrorçunun zərərsizləşdirildiyi vurğulanıb:  "Məğrur millətimizin bağrından qopan Türk Silahlı Qüvvələri keçmişdə olduğu kimi bu gün də ölkəmizin və millətimizin əbədi varlığı və təhlükəsizliyi üçün terrorla mübarizəyə bir nəfər belə terrorçu qalmayana qədər əzm və qətiyyətlə davam edəcəkdir. Bu əməliyyatlar zamanı günahsız insanların, dost ünsürlərin, tarixi və mədəni dəyərlər ilə ətraf mühitin zərər görməməsi üçün bütün tədbirlər görülmüşdür."



Избранный
62
22
trt.net.tr

10Источники