RU

“Mançester Siti”dən yeni rekord

“Mançester Siti” avrokubokların rekorduna imza atıb.

Msport.az xəbər verir ki, İngiltərə klubu qitə miqyaslı turnirlərdə ən uzun məğlubiyyətsizliik seriyasına sahib çıxıb.

Pep Qvardiolanın komandası UEFA bayrağı altında keçirdiyi son 27 oyunda uduzmayıb. Mançester təmsilçisi 2006-19-cu illərdə 26 matç uduzmayan “Espanyol”un rekordunu qırıb. “Şəhərlilər” sonuncu dəfə 2022-ci ilin mayında “Real”a uduzub.

Qeyd edək ki, “Mançester Siti” Çempionlar Liqasının III turunun görüşündə “Sparta”nı 5:0 hesabı ilə məğlub edib.

Избранный
10
1
msport.az

2Источники