Bakının Hüseyn Cavid prospekti 47 K ünvanında təhlükəli vəziyyət yaranıb.
Bakıvaxtı.az xəbər verir ki, BAKU.WS-in "qaynar xətti"nə göndərilən məlumata görə, həmin ərazidə təmir-tikinti işləri aparan qaldırıcı kran obyektin üzərinə doğru çevrilib.
Həmin vəziyyətdə qalan kran ərtafdakı vətəndaşlara təhlükəli vəziyyət yaradıb.