RU

Ankara terroru Türkiyənin düşmənlərinin sifarişi əsasında baş verib


"Türkiyədə TUSAŞ -ın istehsal obyektində baş verən terrorda, ölkənin rəsmi açıqlamasına görə 5 nəfər TUSAŞ əməkdaşı həlak olub və 22 nəfər yaralanıb. Baş verən hadisə kadrlardan da göründüyü kimi terror hücumudur və rəsmi məlumatlara görə hadisəni PKK terror qrupu həyata keçirib. Əslində burada terror hücumunu həyata keçirmək üçün seçilmiş yer və zaman, ola bilər terror təşkilatı tərəfindən hansısa mesaj xarakterli olsun".

Bu fikirləri Newscenter.az-a siyasi ekspert Çingiz Şahbazi Ankarada baş verən terror hadisəsini şərh edərkən səsləndirib. O bildirib ki, bu da son vaxtlar,bilindiyi kimi Türkiyə dövlətinin PKK-ya qarşı həyata keçirdiyi hərbi əməliyyatlardan qaynaqlanır:

"Hadisə ilə bağlı konkret olaraq Türkiyə hökuməti hələ məlumat vermir, çünki, araşdırmalar aparılır. Bilindiyi kimi TUSAŞ aerokosmik şirkətidir və məhz buranın hədəf kimi seçilməsi və Türkiyə prezideninin Rusiyada rəsmi səfərdə olması və terror hücumunun məhz eyni vaxta təsadüf etməsi, ehtimal verir ki, həmçinin hadisə Türkiyənin düşmənlərinin sifarişi əsasında baş verib. Türkiyə bu hadisədən sarsıla bilməz və araşdırmalar aparılır, lazımi tədbirlər görüləcək və cavab veriləcək".

Anar Əliyev
Избранный
25
8
newscenter.az

8Источники