RU

"Azərbaycan və Avropa futbolu arasında əsas fərq budur"

style='margin-bottom:10px;'>

"Avropanın ən yaxşı akademiyalarından birinə malik olan “Bazel”lə qarşılaşdıq. Bu komanda ötən mövsüm Zaqreb “Dinamo”sunu məğlub etmişdi. Həmin oyunda hazırda heyətdə olan bir çox futbolçu şans qazanmışdı. Rəqibin bu cür qarşılaşmalar üçün çox böyük təcrübəsi var idi. Oyunu fərqli atmosferdə, “Bazel”in əsas stadionunda, 2600 tamaşaçının önündə keçirdik".

QOL.az xəbər verir ki, bu sözləri "Sabah”ın U-19 komandasının baş məşqçisi Adino Mustedanaqiç deyib.

Xorvatiyalı mütəxəssis paytaxt klubunun UEFA Gənclər Liqasında “Bazel”lə (İsveçrə) keçirilən oyunu dəyərləndirib. O, 0:6 hesablı məlubiyyəti belə şərh edib:

"Bu cür matçlarda yaxşı nəticə qazanmaq üçün mümkün olduğu qədər fərdi səhvlərə az yol verməlisən. Təəssüf ki, oyunun artıq 6-cı dəqiqəsində bu cür səhvlərdən birini etdik ki, bu da qarşılaşmanın sonrakı gedişatına təsir etdi. Azərbaycan və Avropa futbolu arasında əsas fərq də məhz səhvlərin rəqiblər tərəfindən dəyərləndirilməsi faizi ilə bağlıdır. Belə matçlarda rəqib sənin hər səhvini dəyərləndirirsə, Azərbaycanda bu nisbət daha aşağı olur.

Gənc oyunçular üçün bu cür qarşılaşmalar bir təcrübədir. “Bazel” kimi rəqiblərlə matçlara köklənmək üçün bu keyfiyyətdə ən azı 5 oyun keçirməlisən. Bu, gənclərin belə mötəbər turnirlərdə ilk təcrübəsi idi. Fikrimcə, səhvlərdən nəticə çıxarmalı və gənclərə dəstək olmalıyıq”.  

Qeyd edək ki, komandalar arasında cavab matçı noyabrın 6-da Bakıda keçiriləcək.

Избранный
52
6
teleqraf.com

10Источники