Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclası keçirilib.
APA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Əvvəlcə XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının nümayəndə heyətləri başçıları - iştirakçılar birgə foto çəkdiriblər.
***
12:01
Bu dəqiqələrdə Kazan şəhərində XVI BRİCS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclası keçirilir.
Bu barədə APA-nın Kazana ezam olunmuş əməkdaşı xəbər verir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.
Əvvəlcə XVI BRICS Sammitinin “Outreach”/ “BRICS+” formatının nümayəndə heyətləri başçıları - iştirakçılar birgə foto çəkdirdilər.