RU

ÇL: kim həftənin ən yaxşı oyunçusu seçiləcək?

Çempionlar Liqasında əsas mərhələnin 3-cü turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

UEFA-nın rəsmi saytının məlumatına görə, namizədlər Vinisius Junior (Real), Takumi Minamino (Monako), Ticani Reynders (Milan) və Rafinyadı (Barselona). Vinisius Dortmund “Borussiya”sı (5:2), Rafinya “Bavariya” (4:1) ilə oyunda 3 qol vurub, Reynders “Brügge” (3:1), Minamino isə “Srvena Zvezda” (5:1) ilə matçda dubl edib.

Qalib UEFA-nın saytında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.

Избранный
22
1
football-plus.az

2Источники