RU

Qiyməti ucuz, faydaları bitməyən "vyetnam mazı"

Uşaqlıqdan bizə tanış olan bu qırmızı, üzəri ulduz şəkilli balzam bir çox işimizə yarayır.

News365.az xəbər verir ki, qiyməti ucuz, faydaları bitməyən "vyetnam mazı"na Sovet dövründə təlabat çox idi. 

Balzamın tərkibi qarışqa turşusu, mentollu yağlar, evkalipt, mixək, darçın, nanə, itburnu ekstraktı, vazelin, kamfora yağı və digər köməkçi maddələrlə zəngindir.

Bu mazın isidici tərkibi orqanizmi canlandırır, qan dövranını yaxşılaşdırır, dərinin təzələnməsinə kömək edir.

Hər bir kəs bu mazın  xeyirli üsullarını bilməlidir.

Bunun üçün hava təravətləndiricinin içinə bir az balzam əlavə edib çalxalayın. Sonra bu qarışımdan otağa vurun. Bu havadakı mikrobları, zərərli maddələri dərhal məhv edib, təravətli qoxu yaradacaq.

Gecə yatmamışdan qabaq dabanlarınıza balzamdan nazik qat sürtüb corab geyinin. Bir gecə ayağınızda saxlayıb səhər qabarmış dərini dabandaşı ilə təmizləyin. Bu proseduru 2-3 gün etsəz dabanlarınızın pambıq kimi yumşaq olmasının şahidi olacaqsınız.

Bunun üçün balzamdan bir az götürüb gicgahlarınıza və alnınıza çəkib yavaşca masaj edin. Balzam dərhal isitmə funksiyasını yerinə yetirib ağrını dəf edəcək.

Əgər siz evdə heyvan bəsləməyi sevirsinizsə vyetnam mazı burada da köməyinizə çatacaq.  Balzamdan bir az suya əlavə edib, heyvanlarınızın tualetlərinin etdiyi yerlərə səpin. Bu xoşagəlməz qoxunu dərhal yox edəcək. Bundan əlavə o sizi həşaratlardan da qoruyacaq. Həşaratlara qarşı bütün qoruyucu vasitələrin tərkibində kimyəvi maddələr olur. Təbii vasitə kimi siz burada da bu qarışımdan istifadə edə bilərsiniz. Bu sizi və evinizi milçəklərdən, ağcaqanadlardan və digər həşaratlardan qoruyacaq.

Bunun üçün hər gün yatmamışdan öncə balzamdan göbələk infeksiyası olan dirnaqlarınıza çəkin. Bir müddətdən sonra balzamın möcüzəvi nəticəsinin şahidi olacaqsınız.

Kamfora həblərini spirt, soda və vyetnam mazı ilə qarışdırın. Krem şəklində olan qarışımdan qarın nahiyəsinə çəkib sellofanla bağlayıb yatın.  Bu prosesi 2 həftə təkrarlayın. Bundan alınan nəticə sizi çox qane edəcək.

Избранный
28
news365.az

1Источники