RU

Xurma kimlər üçün təhlükəlidir?

Qida rasionunda xurmanın həddindən artıq olması sağlamlığa zərər verə bilər.

Qaziler.az "Moyka78"ə istinadla xəbər verir ki, buna səbəb tərkibində çoxlu miqdarda şəkərin olmasıdır. Mütəxəssislərin qeyd edir ki, bu meyvə diabet xəstələri üçün əks göstərişdir. Həmçinin, mədəaltı vəzi ilə bağlı problemləri olan insanlar da xurma yedikdə diqqətli olmalıdır. Çünki pankreatit pisləşərsə, xurmadan tamamilə imtina etmək lazımdır.

“Xurma qabığında çoxlu taninlər - ona büzücü dad verən maddələr var. Taninlər qida parçalarını bir-birinə yapışdıraraq yapışqan bir kütlə əmələ gətirir, nəticədə şiddətli qəbizliyə səbəb ola bilər. Odur ki, qəizliyi olan insanlar xurma yeyərkən ehtiyatlı olmalıdırlar. Həmçinin bu giləmeyvə balaca uşaqlara verilməməlidir”, - nəşrin məlumatında qeyd olunub.

Faydalarına gəlincə, xurma dərinin vəziyyətinə və görmə qabiliyyətinə təsir edən çoxlu beta-karotinlə zəngindir. Xurma həmçinin tiroid bezinin işini normallaşdıran yodla zəngindir. Bundan əlavə, meyvədə dəmir, kalium, manqan, B qrupu vitaminləri və pektin olması yaddaşa, sinir sisteminə müsbət təsir edir, təzyiqi və həzmi normallaşdırır.

QAZİLER.AZ

Избранный
76
6
qaziler.az

9Источники