RU

“Cocuq qatili” Öcalan, “günahsız Abdullah” olacaq? – İmralıdan tək çıxış yolu TABUT

Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının Türkiyə Böyük Millət Məclisində (TBMM) 25 ildir həbsdə olan PKK lideri Abdullah Öcalanın “ümid haqqı” qardaş ölkənin siyasi həyatında ildırım effekti yaratdı. MHP sədri Abdullah Öcalana Məclisə gələrək terrorun tamamilə bitdiyini, təşkilatın ləğv edildiyini bəyan etməsini müqabilində ümid hüququndan istifadə edə biləcəyini deyib.

BAXCA.jpg

Bəs Abdullah Öcalanın TBMM-ə gəlməsi üçün ölkə qanunları və Türkiyənin tərəfdar çıxdığı beynəlxalq müqavilələr nə deyir? Hətta qanunlar yol versə belə, terrorbaşının azad olunmasını Türkiyə cəmiyyəti necə qəbul edər?

Öncə bir suala cavab verək:

“Cocuq qatili”nin həbsi və ittiham olunduğu maddə

Abdullah Öcalan 2 fevral 1999-cu ildə Yunanıstan Milli Kəşfiyyat Xidmətinin əməkdaşları ilə birlikdə özəl təyyarə ilə Keniyanın paytaxtı Nayrobidəki Yunan Konsulluğuna gətirilib. 15 fevral 1999-cu ildə Yunanıstan rəsmilərinin təzyiqi nəticəsində o, konsulluq binasından çıxarılaraq Nayrobi hava limanına aparılıb və burada Türkiyə Milli Kəşfiyyat Təşkilatı tərəfindən həbs olunub. 30 min adamın ölümünə görə məsuliyyət daşıyan Öcalan haqqında köhnə Türk Cəza Qanununun 765 saylı ləğv edilmiş 125-ci maddəsi ilə “silahlı terror təşkilatı qurmaq və ona rəhbərlik etmək” cinayəti üzrə ölüm hökmü çıxarılıb. O, ölüm cəzası ilə mühakimə olunduğundan, başqa cəzaların tətbiqinə ehtiyac duyulmayıb.

Lakin Avropa Birliyinin (AB) uyğunlaşdırma qanunlarına uyğun olaraq, 5237 saylı Yeni Türk Cəza Qanununda edam hökmü “ağırlaşdırılmış ömürlük həbs” ilə əvəz edilib. Öcalana aid edilən cinayət maddəsi isə məhkəmə protokollarında “dövlətin birliyini və ərazi bütövlüyünü pozmaq” kimi dəyişdirilib.

Türkiyə qanunları terrorçunun azadlığına “yox” deyir

Abdullah Öcalanın şərti azadlığa buraxılmasına mane olan və ölümünə qədər həbsdə qalmasına icazə verən hüquqi tənzimləmələrdən birincisi 21 iyul 2004-cü il tarixində qüvvəyə minən 5218 saylı Qanunun 1-ci maddəsinə edilən dəyişiklik və Qanunun 17-ci maddəsidir. Bu maddədə “Ağırlaşdırılmış ömürlük və ömürlük həbs cəzası məhkumun həyatı boyu davam edir” deyə hökm edilir. Terrorla Mübarizə Qanununun 17-ci maddəsində isə qəti olaraq göstərilir ki, “Edam cəzası ömürlük həbslə əvəz edilmiş terrorçu cinayətkarlar... şərti azadlığa buraxılma müddəalarından yararlana bilməzlər”. Bundan əlavə, 5237 saylı Türkiyə Cəza Qanununun, “Dövlətin Təhlükəsizliyinə Qarşı Cinayətlər”, “Konstitusiya Quruluşuna Qarşı Cinayətlər”, “Milli müdafiə əleyhinə cinayətlər” bölümündə qəti olaraq göstərilir ki, “Bir təşkilatın fəaliyyəti çərçivəsində törədilmiş cinayətə görə ağırlaşdırılmış ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, şərti azad etmə müddəaları tətbiq edilmir. Bu şəxslərə verilən ağırlaşdırılmış ömürlük həbs cəzası ölənə qədər davam edir”.

Beynəlxalq Konvensiyalar nə deyir?

Türkiyə Birləşmiş Millətlər Təşkilatının 1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və 1950-ci il tarixli Avropa İnsan Hüquqları Konvensiyasına (AİHM) qoşulub. Qardaş ölkənin Konstitusiyasının 90-cı maddəsinin 5-ci bəndində deyilir ki, “Əsas hüquq və azadlıqlarla bağlı lazımi qaydada qüvvəyə minmiş beynəlxalq müqavilələrdə və qanunlarda eyni mövzuda müxtəlif müddəaların olması ilə əlaqədar yarana biləcək mübahisələr olduqda beynəlxalq müqavilələrin müddəaları əsas götürülür”. Həmin maddənin sonuncu bəndində qeyd olunur ki, “Təqdim olunan qaydada qüvvəyə minmiş beynəlxalq müqavilələr qanuni qüvvəyə malikdir. Onlarla bağlı Konstitusiya Məhkəməsinə Konstitusiyaya zidd olması iddiası ilə müraciət edilə bilməz”.

Öcalan – müqəvvaya çevrilən dustaq

Bu arada diqqət yetiriləsi mühüm məqam həbsdəki terrorçunun təklifə münasibəti və bu təklifin gerçəkliklə uyğunluğudur.

OMER.jpg

Artıq İmralıdan cavab gəlib. PKK-ya simpatiyasını gizlətməyən DEM Partiyasından Şanlıurfa millət vəkili Ömər Öcalan çərşənbə günü İmralı Həbsxanasında keçirdiyi görüşdən sonra Abdullah Öcalanın mesajını çatdırıb:

“Cəmiyyətdən təcrid olunmam davam edir. Əgər şərait yaranarsa, mənim bu prosesi münaqişə və zorakılıq zəminindən hüquqi və siyasi zəminə daşımaq üçün nəzəri və praktiki gücüm var”.

Tökdüyü qanlardan utanmayıb Türk bayrağı önündə tir-tir əsən Öcalan hələ də özünü lider sayaraq “gücüm var deyir”. Gücünün və nüfuzunun bundan üstün vaxtında belə silahlı terorçular onun silahı buraxmaq mesajına əhəmiyyət verməyiblər. Bundan öncə də Öcalanın silahı yerə qoyma çağırışına mane olan PKK silahlıları onu heç bir söz sahibi olmayan müqəvva liderə çevirib. PKK silahlıları həmçinin siyasi qanadın güclənməsini də istəmir, çünki siyasi qanad güclənsə, silahlı qanadın qarşısına keçə bilər. Uzun müddət Öcalanın birbaşa rəhbərliyi altında olmayan hərbi birləşmənin terrorçu liderlərin onun çağırışına hamılıqla tabe olub, tərk-silah olunmağa razılaşacağı inandırıcı deyil. Bu halda Öcalanın İmralıdan çıxışının bir yolu var: Tabutda!

P.S. Eyni “azadlıq” yolu digər türk düşmənləri Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan və digərlərinə də aiddir...

SEPARATCI.jpg

Nəsimi Şərəfxanlı,
Xüsusi olaraq Musavat.com üçün

Избранный
5
1
musavat.com

2Источники