RU

"Bizə qarşı göstərilən təzyiqinin öhdəsindən gəlməyi bacardıq"

"Liverpul"un baş məşqçisi Arne Slot Çempionlar Liqasının ümumi mərhələsinin 3-cü turunun matçında "Leypsiq" üzərində qazanılan qələbəni şərh edib. 

90deqiqe.Az xəbər verir ki, niderlandlı çalışdırıcı oyuna yaxşı başlamasalarda göstərilən təzyiqin öhdəsindən gələ bildiklərini bildiirb.

“Düşünürəm ki, yaxşı başlamadıq, amma sonra oyunumuzu bəyənməyə başladım. Meydançanın ortasında rəqibdən üstün olduq, onların təzyiqinin öhdəsindən gəldik və şanslar yaratdıq. Bütün bunlar birlikdə bir məqsədə gətirib çıxardı. Təəssüf ki, yalnız bir qol vurduq, çünki sonda bir az çətin oldu, baxmayaraq ki, final fitinə 20 dəqiqə qalmış hər şeyi həll etməli idik. Amma belə yüksək səviyyə üçün bu, normadır”

Dünən, oktyabrın 23-də Leypsiqdə baş tutan görüş 27-ci dəqiqədə Darvin Nunesin vurduğu qolla 1:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

Ümumi mərhələnin 3 açılış oyununda 3 qələbə qazanan “Liverpul” 9 xalla ümumi mərhələ cədvəlində 2-ci yerdədir. RB Leipzig 3 oyunda 3 məğlubiyyətlə, xal toplayıb və 31-ci yerdədir.

Избранный
47
90deqiqe.az

1Источники