RU

Blinken İrana xəbərdarlıq edib

Yazını böyüt
Yazını kiçilt

İranın İsrailə qarşı mümkün aqressiv hərəkətləri Tehran üçün “çox ciddi” nəticələrə gətirib çıxara bilər. TASS xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

“Biz İrana İsrailə qarşı hər hansı növbəti hücumun onun maraqları üçün son dərəcə mənfi nəticələri olacağını bildirmək üçün regiondakı tərəfdaşlarımızla fəal əməkdaşlığı davam etdiririk”, - diplomat vurğulayıb.

Oktyabrın 1-də İran İsrailə yüzlərlə raket atıb. Onların əksəriyyəti ələ keçirilib. İsrail tərəfi İranın nüvə obyektlərinə zərbə endirmək variantı da daxil olmaqla, buna cavab verəcəyini vəd edib.
Oktyabrın 17-də “The Washington Post” İsrail rəsmilərinə istinadən yazıb ki, İsrail yaxın günlərdə İrana hücum edə bilər, lakin hədəflərlə bağlı qərar hələ qəbul edilməyib.

Избранный
34
8
hafta.az

9Источники