RU

Polşa, Rusiya diplomatlarını ölkədən QOVDU

Rusiyanın Poznandakı Baş Konsulluğunun 10 əməkdaşı Polşanı tərk etməli olacaq. 

News24.az xəbər verir ki, bu barədə jurnalistlərə Polşa Xarici İşlər Nazirliyinin mətbuat katibi Pavel Vronski bildirib.

O izah edib ki, Polşada akkreditasiyadan keçməli olan üç diplomat, beş inzibati və texniki işçi, eləcə də iki əməkdaş Rusiya konsulluğunu tərk edəcək.

Qeyd edək ki, Polşa bir gün əvvəl Rusiya səfiri Sergey Andreyevi ölkədən çıxarmaqla hədələyib və artıq Poznandakı konsulluğu bağlayıb. 

Polşa Xarici İşlər Nazirliyi hesab edib ki, hücum edənlər Rusiya xüsusi xidmət orqanlarının göstərişi ilə ölkə ərazisində və bütün Avropada təxribat hazırlayıblar. 

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “ağrılı cavab” verəcəyini vəd edib. 

Ölkənin eks-prezidenti Aleksandr Kvasnevski isə Polşanın Rusiya Federasiyasında öz konsulluqlarını saxlamaqda maraqlı olduğunu bildirib.

Избранный
9
2
turanpress.com

3Источники