RU

Ali məktəblərə qəbul planı artırılacaq VİDEO

Dövlət uşaq bağçalarında yerlərin sayı az olduğundan, bir çox valideyn gözləmədədir. Bu səbəbdən də alternativ olaraq yeni layihə hazırlanıb. Bəzi özəl bağçaların ödənişinin bir hissəsini dövlət ödəyəcək.

Xezerxeber.az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.

O, sözügedən pilot layihə haqqında geniş məlumat da verib.

Nazir təmirə və yenidənqurulmaya ehtiyacı olan məktəblərdən də danışıb və bildirib ki, ölkədəki orta təhsil müəssisələrinin 90 %-dən artığı təmirlidir.

Emin Əmrullayev həmçinin növbəti illərdə qəbul planının artırılacağını da bildirib.

Nazir onu da qeyd edib ki, universitetlərdə tədris olunan ixtisaslarla bağlı əsaslı islahatlara ehtiyac var. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
61
xezerxeber.az

1Источники