RU

Bakıda Argentina Film Festivalının açılışı oldu

Oktyabrın 24-də “Landmark” kino klubunda Argentina Film Festivalının açılış mərasimi olub.

Publika.az xəbər verir ki, tədbirdə çıxış edən Argentinanın Azərbaycandakı səfiri Marianxeles Belluşi festival haqqında məlumat verib.

Səfir qeyd edib ki, bu festival Azərbaycan və Aregentina arasında mədəni körpü rolunu oynayır.

“Zəngin povesti və unikal perspektivi ilə Argentina kinosu şəxsiyyətimizə açılan pəncərəyə çevrilib. Bu, bizim tariximizi əks etdirir. Festival çərçivəsində göstərilən ekran əsərləri vasitəsilə tamaşaçılar cəmiyyətimizin apardığı mübarizə və uğurları bir daha dərindən araşdıracaqlar”,- deyə xanım diplomat əlavə edib.

Избранный
7
2
publika.az

5Источники