Biləsuvarda sükan arxasında olan sürücü ölüb.
Avtosfer.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, rayon sakini, 1965-ci il təvəllüdlü Namiq Məmmədov sükan arxasında olarkən halı pisləşib. O, idarə etdiyi avtomobilində ölüb.
N.Məmmədovun ürəktutmasından vəfat etdiyi bildirilir.
Meyit aidiyyəti üzrə təhvil verilib.