RU

İlon Mask Trampın seçki kampaniyasına daha 44 milyon dollar bağışladı

Amerikalı sahibkar İlon Mask Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampı dəstəkləmək üçün daha 44 milyon dollar bağışlayıb.

Modern.az xəbər verir ki, bu barədə təsisçisi İlon Maskın özü olduğu Amerika PAC məlumat yayıb.

Məlumata görə, İlon Mask iyul ayından sentyabradək Trampın kampaniyasına 74,95 milyon dollar xərcləyib.

ABŞ Federal Seçki Komissiyasına təqdim edilən yeni hesabata görə, oktyabrın birinci yarısında Trampın kampaniyasına 47 milyon dollardan çox vəsait xərclənib. Başqa bir hesabata görə, bu ayın birinci yarısında Tramp kampaniyası reklama 88 milyon dollardan çox pul xərcləyib. Kampaniyanın son mərhələsi üçün onların bank hesablarında 36 milyon dollar qalıb.

Demokratların prezidentliyə namizədi Kamala Harrisin komandası oktyabrın əvvəlində reklama 130 milyon dollardan çox pul xərcləyib, ayın ortasında 97 milyon dollar toplanıb və oktyabrın 16-na kimi bankda 119 milyon dollar olub.

ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçirləcək

Избранный
6
modern.az

1Источники