RU

Jurnalistlərin yaşadığı evə zərbə endirilib, ölənlər var

Jurnalistlərin

İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Livanın cənubundakı Hasbaya qəsəbəsində bir sıra KİV nümayəndələrinin yerləşdiyi binaya zərbələr endirib.

Reyting.az
bildirir ki, “RİA Novosti” məlumatı hücum zamanı hadisə yerində olan Livanın “Əl-Cədid” telekanalının müxbiri Məhəmməd Fərhata istinadla yayıb.

Məlumata görə, səhər saat 3:00-da İsrailin hücum etdiyi binaya ciddi ziyan dəyib, jurnalistlər arasında ölənlər var.

Binada yalnız jurnalistlər olub və zərbə gecə saatlarında, hamı yatarkən vurulub.

Qeyd edək ki, İsrail oktyabrın 1-dən Livanın cənubunda şiə “Hizbullah” Hərəkatının qüvvələrinə qarşı hava hücumları ilə müşayiət olunan quru əməliyyatı keçirir. Bu isə bir milyondan çox insanı evlərini tərk etməyə məcbur edib. Buna cavab olaraq “Hizbullah” hərbi əməliyyatlar keçirir və İsrail ərazisinə raket zərbələri endirir.

Son məlumatlara görə, ötən ilin oktyabrından İsrailin Livana endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 2530 nəfərə çatıb.

E. KAMAL
Избранный
92
28
reyting.az

10Источники