RU

Kazanda Əliyev-Paşinyan görüşü: Azərbaycanın qətiyyəti Ermənistana başa saldı ki...

Xəbər verdiyimiz kimi, oktyabrın 24-də Kazan şəhərində “BRİCS+” formatının iclası zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan baş naziri Nikol Paşinyanla görüşü keçirilib.

Bakıvaxtı.az-ın məlumatıa görə, görüşdə ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. İki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib.

Deputat Ceyhun Məmmədov Bakıvaxtı.az-a deyib ki, bütün hallarda görüşlərin keçirilməsi ümumi prosesə töhfə verir.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan rəhbərliyi arasında baş tutan görüş ikitərəfli əlaqələrin normallaşması baxımından xüsusi əhəmiyyət daşıyır:

"Sammitdə Nikol Paşinyanın özünü aparmasından da gördük ki, Ermənistanın yanaşmalarında müəyyən dəyişiklik var. Sanki İrəvan hökuməti sülhə nail olmaq üçün müəyyən addımlar atmaq niyyətindədir. Əslində Paşinyan çox çalışdı ki, bu və ya digər formada Azərbaycanın mövqeyinə təsir göstərsin. Havadarlarının təzyiqlərinə güvənərək Bakının mövqeyinin dəyişəcəyinə ümid bəslədi. Amma Azərbaycanın qətiyyət nümayiş etdirməsi nəticəsində İrəvan hökuməti anladı ki, Azərbaycanın mövqeyi prinsipial və qətiyyətlidir”.

Ceyhun Məmmədov: Ermənistan öz mövqeyini, ritorikasını, üslubunu dəyişməlidir

Müsahibimiz vurğulayıb ki, Bakı öz mövqeyini dəyişməyəcək və sonadək mübarizəsini aparacaq. Belə olan halda Ermənistan öz mövqeyini, ritorikasını, üslubunu dəyişməlidir. Sülh prosesi üçün real addımlar atmalıdır. Bunu anlamaq üçün Azərbaycanın atdığı addımlar ciddi rol oynadı.

“Azərbaycanın qətiyyəti Ermənistana başa saldı ki, münaqişənin həlli üçün Ermənistan öz yanaşmasını mütləq redaktə etməlidir", - deyə Ceyhun Məmmədov əlavə edib.

Aydın Baxış

Избранный
30
bakivaxti.az

1Источники