RU

Tramp ABŞ-ni “dünyanın zibilxanası” adlandırıb

ABŞ demokratların miqrasiya siyasəti səbəbindən dünya üçün zibilxanaya çevrilib.

Olaylar bildirir ki, bunu Respublikaçı Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp Arizonada tərəfdarları qarşısında çıxışı zamanı bildirib.

Onun fikrincə, ABŞ vitse-prezidenti və seçkilərdə rəqibi Kamala Harris vəzifəsini tutduqdan sonra qəsdən ABŞ sərhədlərini açıb. O həmçinin vurğulayıb ki, Harris dünyanın hər yerindən həbsxana və psixiatrik xəstəxanalardan olan miqrantların axınına qapı açıb.

"Biz zibilxanayıq, biz dünya üçün zibil qabıyıq", - Tramp söyləyib.

Tramp həmçinin vəd edib ki, seçkilərdə qalib gələcəyi təqdirdə noyabrın 5-i "Amerikanın Azadlıq Günü" olacaq. (report)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
11
11
olaylar.az

10Источники