Azərbaycanın qadın futbolçulardan ibarət millisi Avropa çempionatının pley-off mərhələsində bu gün Bakıda Portuqaliya ilə qarşılaşacaq.
Publika.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu yığma rəqibini “Dalğa Arena”da sınağa çəkəcək. Qarşılaşmanı Almaniyadan olan hakimlər briqadası idarə edəcək.
Komandalar arasında cavab görüşü oktyabrın 29-da Portuqaliyada baş tutacaq.
Azərbaycan - Portuqaliya cütünün qalibi ikinci pley-off mərhələsində Belarus - Çexiya cütündə üstün olan tərəflə üz-üzə gələcək. Bu raundun matçları noyabrın 27-də və dekabrın 3-də baş tutacaq.