Türkiyə ordusu hava əməliyyatında 34 terrorçu zərərsizləşdirilib.
Milli.Az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlikdən verilən açıqlamada, özünümüdafiə hüququna uyğun olaraq, PKK/KCK və digər terror ünsürlərinin zərərsizləşdirilməsi yolu ilə sərhəd təhlükəsizliyinin təmin edilməsi məqsədilə İraqın şimalındakı terror hədəflərinə 24 oktyabr saat 23.30-da hava əməliyyatı keçirildiyi ifadə edilib.
Əməliyyat nəticəsində terror təşkilatının istifadə etdiyi obyektlərdən ibarət 34 hədəf məhv edilib.
Xatırladaq ki, 23 oktyabrda Ankarada TUSAŞ-ın istehsal zavoduna terror hücumu olub. Hadisə nəticəsində 5 nəfər həlak olub, 22-si yaralanıb. Terrorla bağlı Türkiyə Prezidenti BRICS sammitində iştirak etmək üçün getdiyi Rusiyanın Kazan şəhərindən İstanbula geri dönüb.