Haluk Bilginerin Ancelina Coli ilə oynadığı "Mariya" filmi ilin ən çox gözlənilən filmləri arasındadır.
Kulis.az xəbər verir ki, yunan əsilli amerikalı opera ifaçısı Mariya Kallasın həyatından bəhs edən filmdə Ancelina Coli Kallası Haluk Bilginer isə yunan gəmi sahibi Aristotel Onassisi canlandırır.
Mariya Kallasın 1970-ci illərdə Parisdəki həyatından və yaşadığı dərin tənhalıqdan bəhs edən film oktyabrın 27-də ABŞ-da, dekabrın 11-də isə rəqəmsal platformada nümayiş olunacaq.