RU

Zaxarova: Polşa vətəndaşlarının Rusiya konsulluqları ilə əlaqə saxlamasından qorxur

“Polşa, vətəndaşlarının müdafiə üçün Rusiya diplomatik qurumlarına müraciət edəcəyindən qorxaraq Poznandakı Rusiya konsulluğunu bağlamaq qərarına gəlib”

Medianews.az xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Zaxarova qeyd edib ki, Rusiya səfirlikləri “müdafiə, sığınacaq tapmaq, müqəddəs sayılanları qorumaq üçün yeni imkan tapmaq” istəyən xarici vətəndaşlara kömək etmək üçün göstərişlər alıb.

“Polşa hakimiyyəti həmçinin qorxur ki, bizim konsulluqlarımız uşaqları və ailələri bu dağıdıcı təsirdən xilas etmək üçün bu fürsətdən istifadə etmək istəyən öz Polşa vətəndaşlarının müraciətlərini qəbul etməyə başlayacaq”, – XİN nümayəndəsi vurğulayıb.

 

Избранный
32
medianews.az

1Источники