Türkiyə ordusu Suriyanın şimalındakı “Fərat Qalxanı” və “Sülh çeşməsi” bölgələrində 11 PKK/YPG terrorçusunu zərərsizləşdirib.
Missiya.Az “TRT HABER”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milii Müdafiə Nazirliyi məlumat yayıb.
"Gücünü soylu millətimizdən alan Türk Silahlı Qüvvələrimiz terrorçulardan təmizlənməsini ara vermədən davam etdirir. Əməliyyatlarımız son terrorçu zərərsizləşdirilənə qədər davam edəcək", - deyə siyasətçi vurğulayıb.
Daşqın HəsənovMissiya.Az