RU

Şollar su kəmərinin mühafizəsi ilə bağlı 3,3 milyon manatlıq layihənin icrasına başlanılır

Vəlvələçay keçidində 1-ci Şollar su kəmərinin mühafizəsi tədbirləri ilə əlaqədar layihələndirmə və tikinti işləri aparılacaq.

İqtisadiyyat.az-ın xəbərinə görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti bununla bağlı hazırlıqlara başlayıb.

Qurum sözügedən işlərin icrasının 3,3 milyon manata başa gələcəyini proqnozlaşdırıb.

Qeyd edək ki, Bakı–Şollar su kəməri Azərbaycanda ən böyük həcmdə tikilən ilk su kəmərdir. 

Bu kəmər mənbəyini Xaçmaz rayonunun inzibati ərazisi olan Xudat şəhəri yaxınlığındakı Şollar kəndindəki yeraltı sulardan götürür.

Избранный
13
iqtisadiyyat.az

1Источники