RU

Prezident TAPŞIRIQ VERDİ - Azərbaycanla Ermənistan..

"Kazanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü olduqca vacib görüş idi".

Bu sözləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında deputat Aydın Mirzəzadə deyib. 

Onun sözlərinə görə, vaxtaşırı KİV-lərdə sülh müqaviləsinin bəzi şərtlərinin razılaşdırıldığı ilə bağlı məlumatlar olur. Görünən isə ondan ibarətdir ki, Paşinyan ilə İlham Əliyev sülh müqaviləsi ilə bağlı geniş müzakirələr aparıblar. Yekunda Ceyhun Bayramova sülh müqaviləsinin imzalanmasl üçün hazırlıqlar barədə tapşırıqlar verilib: "Bu tərəflərin normal qonşuluq münasibətləri qurmaq istəyi ilə bağlı səylərin artdığını göstərir. Azərbaycan üçün bu məsələdə hər hansı bir problem yoxdur. Çünki biz daima Ermənistan ilə normal münasibətlər qurmaq istədiyimizi bildiririk. Bunun üçün ilk növbədə işğala son qoyulmasını tələb etdik".

Deputat deyir ki, beynəlxalq hüquq normalarına uyğun olaraq yaxşı münasibətlər üçün beş şərt irəli sürülüb. Bu məsələdə dövlət başçısı tərəfindən münasibət bildirilir. Ermənistan isə konstruktivlik nümayiş etdirir. Ermənistan bunlara razı olsa qısa müddətdə sülh müqaviləsi imzalana bilər. Amma müqavilənin imzalanmasına ən böyük maneə Ermənsitan konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddiasıdır: "Bu məsələni Ermənistan həll etməlidir.  Həmin müddəanın konstitusiyadan çıxarılması üçün özlərinin hüquqi variantlarını axtarmalıdırlar. Bunlar edilsə, qısamüddətdə müqavilə imzalana bilər. Müqavilə region üçün olduqca vacibdir. Çünki o gərginlik və müharibə varianlarını aradan qaldırır. Ermənistan isə seçim etməyi bacarmalıdır".

Избранный
5
1
operativmm.az

2Источники