RU

Qızılın dünya birjasında bahalaşması Azərbaycana necə təsir edəcək? – MÜTƏXƏSSİSDƏN VACİB AÇIQLAMA

Ötən gün dünya birjalarında qızılın və gümüşün qiymətlərində artım olub. Qızılın bir troya unsiyasının qiyməti 0,36% artaraq 2739 dollar 30 sentə yüksəlib. Eyni zamanda, gümüşün bir unsiyasının qiyməti 0,76% artaraq 34.1 dolları olub. Belə bir artımın Azərbaycan bazarında qızılın qiymətinə necə təsir edəcəyi yaxın vaxtlarda övladına toy etmək istəyən şəxslərdə suallar yaradıb. Vətəndaşlara qaranlıq qalan əsas məsələ qızılın satışı ilə məşğul olan obyeklərin bu qiymətli materialların birja dəyərindən qat-qat baha satılmasıdır.

Avtosfer.az xəbər verir ki, məsələ həm iqtisadçı ekspertlərinin həm də maliyyə mütəxəssislərinin əsas müzakirə mğvzusuna çevrilib.  

İqtisadçı ekspert Xalid Kərimli saytımıza müsahibəsində deyib ki, son dövrlərdə dünya birjalarında qızılın qiymətinin artması Azərbaycanda da bahalaşmaya yol aça bilər:

“Qızıl, neft kimi, beynəlxalq bazarda qiymətləri formalaşan əmtəədir. Əgər qızıl dünya bazarında bahadırsa, onun Azərbaycanda ucuz olması üçün heç bir əsası yoxdur.

Azərbaycanda bazar liberaldır, istənilən şəxs qızıl gətirməkdə və satmaqda sərbəstdir. Ölkədə fəaliyyət göstərən “AzerGold” və “Asian Mining” kimi şirkətlər qızıl çıxarmaqla məşğuldur. Lakin bu şirkətlər qızıl emal etmir, yalnız onu çıxarıb xaricə göndərirlər. Orada emal edilən qızıl daha sonra külçə şəklində ölkəyə gətirilir.

Qızıl emalı üçün ölkədə xüsusi zavod yoxdur, çünki çıxarılan qızılın həcmi buna uyğun deyil. Bazar kifayət qədər liberaldır, istənilən şəxs Türkiyə, İtaliya, Rusiya və digər ölkələrdən qızıl alıb satır. Həmçinin ölkədə zərgərlik sexləri də fəaliyyət göstərir, onlar qızılı emal etməkdə sərbəstdir. Qızıl varlı adamın aldığı antik əşyadır. Dünya bazarında dəyəri artırsa, Azərbaycanda da bahalaşma olmalıdır”.

Sonda ekspert vurğulayıb ki, dünya bazarında qiymətlər necədirsə, Azərbaycanda da eyni formada olmalıdır. Qızılın qiymət artımı, ölkə daxilində qiymətlərin yüksəlməsinə səbəb ola bilər.

Hülya

Избранный
3
1
avtosfer.az

2Источники