RU

Vüsal Şıxəliyev: "Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya yeni işçi qruplar formalaşdırıb"

Yeni çağırışlar və hədəflər nəzərə alınmaqla Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya tərəfindən yeni işçi qruplar formalaşdırılıb. On üç işçi qrup və bir alt qrup yaradılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev “Biznes mühiti üzrə islahatların və elektron dövlət xidmətləri barədə məlumatların kommunikasiyası” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

O qeyd edib ki, “Business Ready" hesabatının müvafiq indikatorları ilə bağlı təkmilləşdirmələrin və kommunikasiyanın həyata keçirilməsi ilə bağlı yol xəritələri təsdiqlənib. Belə ki, 2022-2023-cü illər üzrə və 2024-cü ildə ümumilikdə 27 yol xəritəsi təsdiqlənib.

V.Şıxəliyev, eyni zamanda, Komissiyanın məqsədi və gördüyü işlər barədə məlumat verib.

Избранный
31
iqtisadiyyat.az

1Источники