RU

Avropa Parlamentinin qətnaməsi nə dərəcədə obyektivdir? – Fuad Həsənov saat 18:00-da Çətin sualda

Avropa Parlamenti Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı qətnaməni qəbul etdi. 453 deputat qətnamənin lehinə, 31-i əleyhinə səs verdi. 89 nəfər səs vermədə iştirak etmədi.

“Azərbaycandakı vəziyyət, insan haqları və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlərlə bağlı” sənəddə Azərbaycan və Dağlıq Qarabağdakı vəziyyətlə bağlı əvvəlki qətnamələrin nəzərə alındığı qeyd olunub.

Bildirilib ki, qətnamənin qəbulu zamanı Avropa Şurasının irqçilik və dözümsüzlük əleyhinə Avropa Komissiyasının Azərbaycanla bağlı 29 mart 2023-cü il tarixli hesabatı və Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarının 21 oktyabr 2021-ci il tarixli memorandumu, həmçinin 2020-ci ildə Dağlıq Qarabağla bağlı Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatların başlanması nəzərə alınıb.

Azərbaycan Milli Məclisi Avropa Parlamentinin Azərbaycanda insan hüquqlarının vəziyyəti, beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlərə dair qətnaməsinə reaksiya verib.

Milli Məclis hesab edir ki, bu qətnamə Avropa Parlamentinin anti-Azərbaycan siyasətinin bütün rəngarəngliyi ilə nümayiş etdirilməsidir.

Hüquq müdafiəçisi Fuad Həsənov Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində bu barədə danışır.

 

Избранный
9
turan.az

1Источники