RU

İqlim maliyyəsi üçün çoxtərəfli inkişaf banklarının resurs bazalarının artırılması zəruridir - Maliyyə naziri

Bakı. Trend:

Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov AmerikaBirləşmiş Ştatlarının (ABŞ) paytaxtı Vaşinqton şəhərində keçirilənBeynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı Qrupunun İllikToplantısı çərçivəsində COP29-un müəyyən edilmiş prezidenti,Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziriMuxtar Babayevin rəhbərlik etdiyi COP29-un nümayəndə heyəti iləbirlikdə iqlim maliyyəsi məsələlərinə həsr olunmuş bir sıra yüksəksəviyyəli tədbir və görüşlərdə iştirak edib.

Trend xəbərverir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, oktyabrın 22-də BVF-də iqlim maliyyəsininartırılması imkanlarının müzakirəsi məqsədilə Azərbaycan, BirləşmişƏrəb Əmirlikləri (BƏƏ) və Braziliyanın birgə təşkilatçılığı ilə“Beynəlxalq Dayanıqlı Maliyyə Arxitekturası: COP-lar arasındanəticə əldə etmək üçün sürəti və ambisiyanı qorumaq” mövzusundatədbir keçirilib. BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının (UNFCC) icraçı katibi Saymon Stil və BVF-ninsərəncamçı direktoru Kristalina Georgiyeva ilə yanaşı, bir sıradövlət nümayəndələrinin, beynəlxalq maliyyə institutlarının,fondların, beyin mərkəzlərinin və özəl maliyyə təşkilatlarınınrəhbər şəxslərinin də iştirak etdiyi tədbirin açılış hissəsindəçıxış edən nazir Samir Şərifov iqlim dəyişikliyi ilə mübarizədəinkişaf etməkdə olan ölkələrin tələblərinə cavab verəcək ədalətlivə ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) cari ilinsonuna kimi qəbul edilməsinin vacibliyini vurğulayıb. O, G20maliyyə nazirlərini NCQG mövzusunda birgə addımlar atmağa çağıraraqiqlim maliyyəsi üçün çoxtərəfli inkişaf banklarının resursbazalarının artırılmasının zəruriliyini qeyd edib.

İllik Toplantı çərçivəsində maliyyə naziri həmçinin COP29-unnümayəndə heyəti ilə birlikdə BVF-nin sərəncamçı direktoruKristalina Georgiyeva, Dünya Bankı Qrupunun Prezidenti Acay Banqa,Asiya İnkişaf Bankının Prezidenti Masatsuqu Asakava və Dünya BankıQrupunun İnkişaf və Əməkdaşlıqlar üzrə Baş İcraçı Direktoru AkselVon Trotsenburq ilə görüşlər keçirərək COP29-un beynəlxalq maliyyəinstitutları və çoxtərəfli inkişaf banklarından gözləntiləri vəiqlim maliyyəsinin artırılması imkanları ilə bağlı müzakirələrəqoşulub və Azərbaycanın cari ildə üzv olduğu İqlim Fəaliyyəti üzrəMaliyyə Nazirlərinin Koalisiyasının 12-ci Nazirlər Toplantısında,habelə Braziliya İqlim və Ekoloji Transformasiya İnvestisiyaPlatformasının (BIP) təqdimat tədbirində iştirak edib.

Bununla yanaşı, nazir Samir Şərifov BVF və Dünya Bankı Qrupununİllik Toplantısı çərçivəsində təşkil olunmuş Körfəz ƏməkdaşlıqŞurası və Qafqaz və Mərkəzi Asiya ölkələrinin maliyyə nazirləri vəmərkəzi bank rəhbərlərinin iclasında iştirak edib. İclasda ikiregion arasında ticarət və maliyyə axınlarının mövcud vəziyyəti,əməkdaşlığa mane olan çətinliklər və bu çətinliklərin həlli yollarıilə bağlı müzakirə aparılıb. Maliyyə naziri öz çıxışında regionlararasında ticarət və investisiya sahəsində əməkdaşlığıngenişləndirilməsi üçün imkanların olduğunu qeyd edərək ölkələrarasında investisiyaların və işçi qüvvəsinin sərbəst hərəkətininqarşılıqlı təşviqinin, balanslı və yumşaq enerji keçidinin təminolunması istiqamətində əməkdaşlığın gücləndirilməsinin və innovativmaliyyə alətlərinin tətbiq edilməsinin əhəmiyyətini vurğulayıb.

Vaşinqtona səfəri çərçivəsində maliyyə naziri Samir Şərifovhəmçinin Qara Dəniz Ticarət və İnkişaf Bankının Prezidenti SerhatKöksal, Bolqarıstanın Baş nazirinin müavini və maliyyə naziri xanımLyudmila Petkova və BVF-nin icraçı direktoru Marsel Piter və onunəvəzedicisi Patrik Loşevski ilə ikitərəfli görüşlər keçirib vəqarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə edib.

Избранный
13
7
az.trend.az

8Источники