RU

Şollar su kəmərinin mühafizəsi ilə bağlı işlərə başlanılır – 3,3 milyonluq layihə

Bakı. Trend:

Şollar su kəmərinin mühafizəsi ilə bağlı işlər həyatakeçiriləcək.

Trend dövlətsatınalmalarının vahid internet portalına istinadən xəbər verir ki,bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinintabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti hazırlıqlarabaşlayıb.

Belə ki, Vəlvələçay keçidində 1-ci Şollar su kəmərininmühafizəsi tədbirləri ilə əlaqədar layihələndirmə və tikinti işləriaparılacaq.

Qurum sözügedən işlərin icrasının 3.305.583,56 manata başagələcəyini ehtimal edir.

Qeyd edək ki, “Şollar-Bakı” su kəməri Abşeron yarımadasınıniçməli su təchizatı üçün çəkilmiş ilk kəmərdir. Bu kəmər mənbəyiniXaçmaz rayonunun inzibati ərazisi olan Xudat şəhəri yaxınlığındakıŞollar kəndindəki yeraltı sulardan götürür. İngilis mühəndis UilyamLindleyin layihəsi əsasında çəkilən su kəmərinin tikintisi 20-ciəsrin əvvəllərinə təsadüf edir. Məşhur xeyriyyəçi Hacı ZeynalabdinTağıyevin bilavasitə dəstəyi ilə çəkilən kəmər 100 ildən çoxdur ki,Bakı əhalisini su ilə təmin edir.

Məqalədə:
Избранный
15
1
az.trend.az

2Источники