RU

Amerikalı idmançı dünya rekordunu yeniləyib

Amerikalı Reqan Smit 100 metr məsafəyə arxasıüstə üzməkdə dünya rekordunu yeniləyib.

"Far.Az"un məlumatına görə, idmançı Cənubi Koreyanın İnçon şəhərində keçirilən Dünya Kubokunda 54,41 saniyə nəticə göstərib.

Əvvəlki rekord avstraliyalı Kayli Makkeouna (54,56) məxsus idi.

Qeyd edək ki, 22 yaşlı R.Smit Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında iki qızıl və üç gümüş medal qazanıb.

Избранный
31
far.az

1Источники