RU

Media qurumları ilə görüş keçirilib – FOTOLAR

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin birgə təşkilatçılığı ilə aparıcı media qurumlarının məsul şəxsləri və nümayəndələrinin iştirakı ilə Bakı KOB Evində “Biznes mühiti üzrə islahatların və elektron dövlət xidmətləri barədə məlumatların kommunikasiyası”  mövzusunda görüş keçirilib.

Tribunainfo.az xəbər verir ki, tədbirdə giriş nitqi ilə çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, ölkəmizdə iqtisadi inkişafa xidmət edən islahatların biznes nümayəndələrinə və digər maraqlı tərəflərə düzgün və vaxtında çatdırılmasında media təmsilçilərinin mühüm rolu vardır, bu sahədə koordinasiyalı fəaliyyətin təşkili, yeni islahatlar və elektron dövlət xidmətləri barədə məlumatların çevik kommunikasiyası üçün mövcud resurslardan səmərəli istifadə mühüm əhəmiyyət kəsb edir.

Görüşdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri, Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev çıxış edərək qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiqSərəncamı ilə yaradılan Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın əsas məqsədi rəqabət prinsiplərinə əsaslanacaq biznes mühitinin yaranmasına dəstək vermək, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyini daha da yaxşılaşdırmaq üçün qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsi və bu istiqamətdə digər zəruri tədbirlərin görülməsinə nail olmaqdır.

​V.Şıxəliyev bildirib ki, biznesin müxtəlif sahələri üzrə müvafiq dövlət qurumlarının rəhbərliyi altında mühüm normativ hüquqi akt layihələri hazırlanaraq aidiyyəti üzrə təqdim edilib, sahibkarlıq subyektlərinin inzibatçılıq yükünün azaldılması və fəaliyyətlərinin səmərəliliyinin artırılmasına xidmət edən yeni elektron xidmətlər və platformalar istifadəyə verilib, elektron sistemlərin tətbiq dairəsi genişləndirilib.

Görüşdə xüsusi vurğulanıb ki, aidiyyəti dövlət qurumlarının rəhbərliyi altında fəaliyyət göstərən müvafiq işçi qrupları çərçivəsində islahat təşəbbüslərinin hazırlanması və yeniliklərin həyata keçirilməsi prosesində maraqlı tərəflərin aktiv iştirakı təmin olunur. Maraqlı tərəflərin iştirakı ilə inklüzivliyin və vahid sinerjinin yaradılması məqsədilə Komissiyanın yeni Rəqəmsal İdarəetmə Platforması hazırlanaraq istifadəyə verilib.

Qanunvericilik təşəbbüslərində özəl sektorun elektron iştirak imkanının təmin edilməsi və işçi qrupları ilə interaktiv əlaqənin yaradılması üçün E-iştirakçılıq Platformasının və digər innovativ həllərin tətbiqinə başlanılıb.

Görüşdə vurğulanıb ki, hazırda qarşıda duran əsas çağırışlardan biri biznes sahəsində aparılan iqtisadi islahatların və yeni yaradılan elektron dövlət xidmətləri barədə məlumatların səmərəli kommunikasiyası və geniş yayılmasına nail olmaqdır. Bu sahədə media qurumlarının aktiv rolu mühüm əhəmiyyət kəsb edir.

Görüşdə iqtisadi islahatların və elektron dövlət xidmətləri barədə məlumatların regionlarda da geniş yayılması imkanları (“KOB Dostu” şəbəkəsi) müzakirə edilib, zəruri məlumatların kommunikasiyası üzrə Yol Xəritəsinin müəyyən edilib və media qurumları iləkoordinasiya məsələləri ilə bağlı təkliflər təqdim olunub.


Избранный
85
35
tribunainfo.az

10Источники