RU

Zelenski bütün ukraynalılara min qrivna ödəmək üçün əmr verib

Ukraynada yeni sosial dəstək proqramı həyata keçiriləcək. Dekabrın 1-dən ölkənin hər bir sakininə min qrivna (təxminən 41 azn) ödəniləcək.

Qaziler.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski “Telegram” kanalında dərc olunan axşam müraciətində bildirib.

"Adambaşına min qrivna - bir ailə üçün bir neçə minə başa gələcək" dedi.

Dövlət başçısının sözlərinə görə, bu pul Ukrayna məhsullarının və xidmətlərinin, o cümlədən kommunal və elektrik enerjisinin ödənilməsinə xərclənə bilər.

O qeyd edib ki, bu vəsait həm də qatar biletləri, Ukrayna istehsalı olan dərmanlara, Ukrayna dilində kitab və mədəni xidmətlər üçün istifadə oluna bilər.

QAZİLER.AZ

Избранный
12
3
qaziler.az

10Источники